"Ramiz Mehdiyevin köməkçisi “Bandotdel” tərəfindən saxlanılıb" - DİN

   "Ramiz Mehdiyevin köməkçisi “Bandotdel” tərəfindən saxlanılıb" -    DİN
  15 Fevral 2022    Oxunub:1668
Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisi Eldar Qurban oğlu Əmirovun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılması barədə məlumat yayılıb.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: "Hazırda müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, E.Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti