Süni mayalanma və onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya cəlb ediləcək

   Süni mayalanma və onkoloji xəstəliklərin müalicəsi tibbi sığortaya cəlb ediləcək
  15 Fevral 2022    Oxunub:1296
“Bu gün sonsuzluqla bağlı ekstrakorporal mayalanma icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil ediləcək. Yaxın günlərdə bu öz həllini tapacaq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, mayalanma prosesi bir dəfə dövlət hesabına qarşılanacaq. Bu artıq xidmətlər zərfinə daxil ediləcək: "Bununla bağlı razılıq əldə edilib”. Əhliman Əmiraslanov həmçinin əlavə edib ki, onkoloji xəstəliklər də növbəti ildən icbari tibbi sığortaya cəlb ediləcək.

AzVision.az



Teqlər: Tibbi-sığorta  



Xəbər lenti