Müharibə olimpiya oyunu deyil

   Müharibə olimpiya oyunu deyil
  15 Fevral 2022    Oxunub:5338
ABŞ-ın dövlət katibi Entoni Blinken bir neçə gün əvvəl bildirmişdi ki, Rusiyanın Ukraynaya hücumu Pekin Olimpiadası bitənə qədər başlaya bilər. Olimpiada yarandığı gündən sülhə xidmət edib. Hətta Qədim Afinada oyunlar zamanı müharibələr dayandırılırdı. Amma müasir dünyada tərsinədir...
Müharibəni anons etmək yüngül atletika deyil. Bu məsuliyyəti üzərinə götürərkən çox ciddi amilləri nəzərə almaq lazımdır. İndi dünyada milyonlarla insan olimpiada baxanda gözlərinin önünə müharibə gəlir. Hər şeydən əlavə, bu cür anonslar Ukrayna əhalisinə, onların psixologiyasına necə təsir edir? Hər kəs öz oyununu oynayır, amma təəssüf ki, bu məqamları düşünən yoxdur.




Teqlər: Karikatura   Ukrayna   Blinken  





Xəbər lenti