Fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif olunur

   Fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif olunur
  15 Fevral 2022    Oxunub:1759
Azərbaycanda bu ilin fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif edilir.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında qaz təchizatı ilə bağlı İnzibatı Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və bu cərimələrə ehtiyacı yoxdur.

“Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual veririk, deyirlər ki, dövlətin gücü buna çatır. Amma cərimələr 300-400% artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? Prezidentdən xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin. Neftin qiyməti 100 dollara çatıb. Cərimə hesabına büdcəni doldurmaq lazım deyil".

AzVision.az



Teqlər: Milli-Məclis  



Xəbər lenti