Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlandı

   Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlandı
  15 Fevral 2022    Oxunub:1815
15.02.2022-ci il tarixinə nazirliyin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 12 570 nəfərə tətbiq edilib.
Ədliyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib.

Eyni zamanda amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad olunub, 3 630 nəfərin isə cəzası azaldılıb.

AzVision.az


Teqlər: Ədliyyə  



Xəbər lenti