Kanada Ukraynaya yeni silahlar göndərəcək

   Kanada Ukraynaya yeni silahlar göndərəcək
  15 Fevral 2022    Oxunub:1410
Kanada Rusiyadan gələn təhlükə fonunda Ukraynaya yeni silahlar göndərmək qərarına gəlib.
AzVision.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trudo bildirib. Onun sözlərinə görə, silahların tədarükü Kiyevin müraciətinə cavabdır: "Vəziyyətin ciddiliyini nəzərə alaraq ukraynalı tərəfdaşlarımızla danışıqlardan sonra mən 7,8 milyon dollar məbləğində silah-sursatın Ukraynaya verilməsini təsdiqlədim".

Kanada həmçinin Ukraynaya 500 milyon dollar məbləğində yeni kredit xətti də ayırmaq niyyətindədir.

AzVision.az



Teqlər: Kanada   Ukrayna  



Xəbər lenti