Azərbaycan elektrik enerjisi ixracını 30 faizdən çox artırıb

Azərbaycan elektrik enerjisi ixracını 30 faizdən çox artırıb
  15 Fevral 2022    Oxunub:1439
2021-ci il ərzində Azərbaycan 1,673 milyard kilovatt-saat elektrik enerjisi ixrac edib.
Energetika Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu göstərici 2020-ci illə müqayisədə 31,23 faiz artıb.

Eyni zamanda, Azərbaycan ötən il 151,6 milyon kilovatt-saat elektrik enerjisi idxal edib ki, bu da 2020-ci illə müqayisədə 9,96 faiz çoxdur.

Hesabat dövründə ixrac olunan elektrik enerjisinin 257,5 milyon kilovatt-saatı İranın, 720,6 milyon kilovatt-saatı Türkiyənin, 95,2 milyon kilovatt-saatı Rusiyanın, 600,1 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.

İdxal olunan elektrik enerjisinin isə 31,9 milyon kilovatt-saatı İranın, 95,1 milyon kilovatt-saatı Rusiyanın, 24,6 milyon kilovatt-saatı Gürcüstanın payına düşüb.

AzVision.az



Teqlər: Elektrik   İxrac  



Xəbər lenti