Ermənilərin Qarabağdakı mühəndis işlərinin qarşısı alınıb

Ermənilərin Qarabağdakı mühəndis işlərinin qarşısı alınıb
  15 Fevral 2022    Oxunub:2799
Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb", - məlumatda vurğulanıb.

Həmçinin:

Qanunsuz erməni silahlı dəstə üzvünün yaralanması yalandır - MN


Teqlər: MN  



Xəbər lenti