Deputat iş adamlarını xüsusi təyinatlı olmağa səslədi

 Deputat iş adamlarını xüsusi təyinatlı olmağa səslədi
  15 Fevral 2022    Oxunub:1383
“Ötən bazar Prezident İlham Əliyevin Ağdam Cümə məscidi qarşısında etdiyi çıxışında diqqətimi çəkən iki çağırış vardı. Onlardan biri hay nasistlərinin bizə qarşı etdikləri vəhşiliyi heç vaxt unutmamağımız haqda idi. Dövlət başçımız birinci dəfə deyil ki, belə çağırış edir. Fikrimcə bu ona görə edilir ki, onlardan geosiyasi alət kimi faydalanan güclər bir zamanlar bizi Qarabağsızlığa alışdırmaq istədikləri kimi, indi də başımıza gətirilən vəhşilikiləri unutdurmağa çalışırlar və çalışacaqlar. Məqsəd də aydındır, ayıqılığımızı itirək, yenidən zəifləyək və keçmişdə üzləşdiyimiz fəlakətlərlə gələcəkdə də üzləşək”.
Bu sözləri millət vəkili Sahib Alıyev parlamentin bugünkü iclasındakı çıxışı zamanı deyib. Deputatın sözlərinə görə, tarixin illərin sınağından çıxmış dərsi budur ki, əgər sənin başına gətirilən pislikləri yaddan çıxarıb, nədən qaynaqlandığını xatırlamayacaqsansa, təkrarlanmaması üçün tədbirlər görməyəcəksənsə, gec-tez yenindən eyni halla üzləşəcəksən: “Qəlbində kiməsə qarşı əbədi kin və nifrət gəzdirmək, düşmənçilik etmək üçün yox, həmişə güclü, ayıq, qüdrətli olmaq üçün biz ötən əsrin sonlarında və ondan öncəki etnik təmizləmələri, soyqırımları unutmamalıyıq”.

Onun toxunduğu ikinci məsələ isə Prezidentin sahibkarları işğaldan qurtarılan torpaqlarımıza yatırım qoymağa səsləməsilə bağlı olub.
- Fikrimcə, bu çağırışın məhz Ağdam Cümə məscidinin qarşısında edilməsi təsadüfi deyildi. Bununla diqqətə çatdırılırdı ki, iş adamlarımızın oradakı quruculuq prosesinə qatılmaları təkcə biznes layihəsi yox, həm də mənəviyyat, prinsip və qeyrət məsələsidir. İş adamlarımız Dədə Qorqudun “torpağı qorumadınsa əkməyə, əkmədinsə qorumağa dəyməz” sözləriylə yəqin tanışdılar. Torpağımız başda şəhidlərimiz, qazilərimiz olmaqla igid oğullarımızın fövqəladə qəhrəmanlıqları sayəsində işğaldan azad edildi. İndi ordumuz onu göz bəbəyi kimi qoruyur. Amma torpağı vətən edən təkcə onun üzərinə tökülən şəhid qanı deyil, həm də orada yaşayışın, abadlığın, əmin-amanlığın olmasıdır,- deputat vurğulayıb.

Sahib Alıyev bildirib ki, xüsusi təyinatlılarımızın torpaqlarımızın işğaldan azad edilməsində hansı rolu oynadıqalrı kimsəyə sirr deyil. Bu gün iş adamlarımız quruculuq prosesinin xüsusi təyinatlıları kimi çıxış edə bilərlər və etməlidirlər: “Xüsusi təyinatlılarımız Müzəffər Ali Baş Komandanmızın hücum əmrini necə ləyaqətlə yerinə yetirdilərsə, ümid edirəm ki, iş adamlarımız da onun Qarabağa və Şərqi Zəngəzura yatırım qoymaq çağırışına eyni həssaslıqla yanaşacaqlar. Orada yeni müəssisələr yaratmaqla yanaşı, evlərin tikilməsində də dövlətə köməklərini əsirgəməyəcəklər”.

Paşa Holdinq başda olmaqa ayrı-ayrı şirkətlərimizin məcburi köçkünlər üçün Qobuda 3600 mənzillik 3 yaşayış kompleksi tikdiklərini xatırladan millət vəkili deyib ki, indi daha çox şirkət və imkanlı şəxslər eyni xeyirxahlığı Qarabağa, Şərqi Zəngəzura qayıdacaq soydaşlarımıza yanaşmada da etməlidilər, onlara evlərin tikilməsiylə bağlı yükün bir hissəsini öz üzərlərinə götürməlidirlər. Biz təkcə savaşda yox, quruculuq işlərində də bir yumruq olduğumuzu göstərməliyik!



Teqlər: Quruculuq   Qayıdış  



Xəbər lenti