Prezidentlə görüşən şəhid anası dünyasını dəyişdi

   Prezidentlə görüşən şəhid anası dünyasını dəyişdi
  16 Fevral 2022    Oxunub:2321
Birinci Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası İltima Qasımova vəfat edib.
AzVision.az xəbər verir ki, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin anası 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi. Görüşdə şəhid anası ilə Prezidentin birgə çəkilmiş fotosu rəğbətlə qarşılanmışdı. (Qafqazinfo.az)



AzVision.az


Teqlər: Şəhidanası  



Xəbər lenti