"Kişi müəllimlərin ucqar kəndlərə marağı artıb" - Nazirlik
Nazirlik rəsmisi qeyd edib ki, ötən il MİQ imtahanın əsas turundan sonra boş qalan yerlərə 3 minə yaxın müəllim müddətli əsaslarla qəbul edilib:
“Bu ilin yanvarın 31-nə qədər müddətli əsaslarla işə qəbul olan müəllimlər üçün daimiləşmə müsabiqəsi aprel-may aylarında müsahibə formatında keçiriləcək. Yanvarın 31-dən sonra müddətli əsaslarla işə qəbul olan müəllimlərin daimiləşməsi müəllimlərin işə qəbulu müsabiqəsi əsasında həyata keçiriləcək”.
E.Bağırov qeyd edib ki, müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin daimiləşmə müsabiqəsi bu il sonuncu dəfə keçirilir: "Gələn il müddətli əsaslarla işə qəbul olan müəllimlər yenidən imtahan verməli olacaqlar".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


