Gənclərə sosial media ilə bağlı təlimlər keçirilir

Gənclərə sosial media ilə bağlı təlimlər keçirilir
  16 Fevral 2022    Oxunub:776
"Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi “Sosial medianın idarə edilməsi” adlı layihənin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, layihənin icrası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə fevralın 1-dən aprelin 30-a kimi Bakı şəhərinin Yasamal rayonunda nəzərdə tutulub.

"Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən icra olunan layihənin əsas məqsədi əllilliyi olan gənclərin cəmiyyətə inteqrasiya etmələri, özlərini müstəqil fərd kimi sübut etmələri, əmək bazarına çıxışını asanlaşdırmaqdir.Layihənin icrası zamanı gənclərə sosial şəbəkələrdən səmərəli istifadə etməyin, sosial şəbəkə üzərindən öz bizneslərini qurmağın yolları öyrədiləcək. Gənclərə 12 təlim keçiləcək. 2 ayın tamamında hər hansı tanınmış bir şirkətə ekskursiya edərək Sosial Media haqqında biliklərini daha da təkmilləşdirəcəklər.

Bu müddət ərzində kontentin hazırlanma qaydası göstəriləcək, fikirlərini yazı ilə ifadə edərək müxtəlif mövzulara uyğun paylaşımlar edərək hədəf kütləsini cəlb etməyin yolları öyrədiləcək. Təlimlərdə müxtəlif internet resurslarından istifadə olunacaq, müzakirələr aparılacaq, insanlara fayda verməyin yolları və internet üzərindən biznes quraraq faydalanmağın yolları öyrədilcək Təlimlərdə Youtube, Instagram, Facebook, Linkedin, Tiktok və s.sosial şəbəkələr üzərindən öz biznesini qurmağın, öz brendlərini yaratmağın yolları da öyrədiləcək. Bu da əlilliyi olan gənclərdə özlərinə olan inamın, sevginin daha da artmasına, özlərini yararlı hiss etmələrinə səbəb olacaq.

Layihənin gedişində təşkilatın “Sosial dəstək” adlı saytı yaradılacaq və iştirakçılara saytı idarə etməyin yolları da öyrədiləcək.
Layihənin sonunda əlilliyi olan 10 gənc Sosial Media sahəsində yeni biliklər öyrənərək əlavə bacarıqlar əldə edəcəklər. Bu da onların gələcək həyatında, işə qəbulunda və özünü inkişaf etdirməsində, sosial media üzərindən öz biznesini quraraq faydalanmasına böyük dəstək olacaq.
Birliyin “Sosial dəstək” saytının yaradılması əlilliyi olan şəxslərin mariflənməsinə, onların bacarıqlarının təşviqinə, məlumatlılığın artmasına səbəb olacaq.



AzVision.az





Teqlər:



Xəbər lenti