Bakıdakı dispanserdə antisanitariya: Mətbəxdə həşəratlar “hökmranlıq edir”

   Bakıdakı dispanserdə antisanitariya:    Mətbəxdə həşəratlar “hökmranlıq edir”
  16 Fevral 2022    Oxunub:1110
Paytaxtın Nizami rayonunda yerləşən 4 saylı Vərəm əleyhinə Dispanserin otaqlarında həşəratlar gəzir.
Bu barədə sosial şəbəkələrdə götüntülər yayılıb

Hətta dispanserin mətbəxində də həşəratların olduğu qeyd edilib.

4 saylı Vərəm əleyhinə Dispanserdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dispanser ən azı həftədə iki dəfə dezinfeksiya olunur:

“Ümumilikdə dispanserin fəaliyyət göstərdiyi binanın təmirə ehtiyacı var. Bununla əlaqədar müraciət olunub və yaxın vaxtlarda təmiri nəzərdə tutulur”.

AzVision.az


Teqlər:



Xəbər lenti