Beləliklə, 263 müharibə əlili yüksək texnologiyalı 276 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Bu protezlərlə təminat Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həyata keçirilir.
Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


