Bakı-Tbilisi-Ceyhan kəmər ilə tranzit neftin nəqli kəskin artıb

  Bakı-Tbilisi-Ceyhan kəmər ilə tranzit neftin nəqli kəskin artıb
  16 Fevral 2022    Oxunub:1508
Bu ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 2 980,7 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 5,7% çoxdur.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, nəqletmənin 77,2%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 2 299,9 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,3% az).

“Xudafərin” və “Qız Qalası”nın tikintisinin sürətləndirilməsi barədə razılıq əldə edilib
Azərbaycanda ötən il gündəlik neft hasilatı 594 min bareldən çox olub - CƏDVƏL
Türkiyə Qara dənizdə növbəti kəşfiyyat quyusunun qazıntısına başlayıb
Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 430,1 min ton tranzit nefti də (illik müqayisədə 55,8% çoxdur) nəql edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. Kəmərin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

"BTC Co."nun səhmdarları BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləridir.

AzVision.az



Teqlər: Neft  





Xəbər lenti