Nazirlər Kabineti yanında Operativ Qərargahdan
AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952 nəfər müalicə olunaraq sağalıb, 9 127 nəfər vəfat edib. 46 674 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346, bu günə qədər isə ümumilikdə 6 432 504 test icra olunub.
AzVision.az