İtkin düşən kursant tapıldı

   İtkin düşən kursant tapıldı
  16 Fevral 2022    Oxunub:1249
Heydər Əliyev adına Hərbi Akademiyanın üç gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib. E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.

AzVision.az


Teqlər: Kursant  



Xəbər lenti