
Şəkillərdə görünən ətrafı basmış tünd rəngli substansiya gil və ya lil deyil, reaktorun ərimiş yanacağıdır. Yanacaq 2 metr dərinlikdədir, onu əhatə edən su isə alimlərin fikrincə, daha radioaktiv ola bilər.

Şəkil çəkməkdən əlavə, robot partlamış reaktorun daxilindəki radiasiyanı da ölçüb. Reaktorun daxilində o, 2 zivert olub ki, bu da insan üçün ölümcül sayılan dozadan 2 dəfə yüksəkdir.
İlin sonuna qədər ikinci reaktorun daxilində tədqiqat aparmaq üçün digər robotlar da hazırlanır.

Fukuşima reaktorunun operatoru olan TEPCO şirkəti radioaktiv tullantıların yerini, həmçinin izotop tərkibini öyrənməyə və utilizasiya etməyə çalışır. Bu, çox çətin missiyadır, belə ki, qəza baş vermiş AES-də ən azı 900 ton yanacaq olub. Radioaktiv tullantıların utilizasiyasının haradasa 30-40 il çəkəcəyi gözlənilir.
Samir Quliyev
AzVision.az