Milyarder Teddi Saqi
O.Əsədova qarşı onlarla maddə, o cümlədən terrorçuluq maddəsi ilə ittiham irəli sürülüb. O, Rusiya vətəndaşıdır, Moskvada ticarət və taksi fəaliyyəti ilə məşğul olub, İsrail mənbələri Əsədovun İran xüsusi xidmət orqanlarının agenti olduğunu və onun yaxalanması əməliyyatının “Mossad”ın iştirakı ilə həyata keçirildiyini bildirir.
Məlumata görə, 21 yaşlı fiqurant Orxan Əsədovla əlbir olduğunu etiraf edib, onun terror planından xəbərdar olduğunu təsdiqlədiyi və bu haqda xəbər vermədiyini etiraf etdiyi bildirilir. Xəbər verildiyi kimi, bu iş üzrə O.Əsədovla birlikdə cəmi 6 nəfər həbs edilib. Onlardan ikisi Pakistan əsillidir, Kiprdə yemək çatdırma xidmətində kuryer işləyirdi.
İş üzrə məhkəmə prosesi qapalı keçirilir, Kipr polisi məhkəmə ətrafında güclü təhlükəsizlik tədbirləri görüb və bunu milli təhlükəsizlik məsələsi ilə izah edir. İş üzrə fiqurantların adları da məxfi saxlanılır. O.Əsədovun adı isə ötən ilin sonlarında KİV-ə məlum olmuşdu.
Onun qardaşı Kiprdə məhkəmə qarşısında jurnalistlərə bildirmişdi ki, irəli sürülən ittihamlar əsassızdır. Dediyinə görə, qardaşı beş uşaq atasıdır, əlildir və belə adamın onlarla cangüdənlə dolaşan biznesmeni öldürmək üçün göndərilməsi ağlabatan deyil.(virtualaz.org)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


