Qaradağlı faciəsindən 30 il ötür

   Qaradağlı faciəsindən 30 il ötür
  17 Fevral 2022    Oxunub:1613
Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 30 il ötür.
AzVision.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər. İki gün çəkən ağır döyüşdən sonra ermənilər fevralın 17-də kəndi işğal ediblər.

İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb. Şahid ifadələrinə əsasən, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra onlardan bəzilərinin başları kəsilib.

AzVision.az


Teqlər: Qaradağlıfaciəsi  



Xəbər lenti