Xocavənddə ermənilərin atıb qaçdığı silah tapıldı

   Xocavənddə ermənilərin atıb qaçdığı silah tapıldı
  17 Fevral 2022    Oxunub:2025
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6 290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti