Bakıda TIR sürücüləri yolu bağladı

 Bakıda TIR sürücüləri yolu bağladı
  17 Fevral 2022    Oxunub:2672
Bakıda TIR sürücüləri yolu bağlayaraq tıxaca səbəb olublar
AzVision.az xəbər verir ki, TIR sürücüləri paytaxtın Heydər Əliyev prospektində, üzü şəhər istiqamətində sağ kənar zolağı bağlayıblar.

Sürücülərin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə yoly bağladıqları bildirilir.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu iddia edirlər.

Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.

AzVision.az


Teqlər: Yol  



Xəbər lenti