"Kənd turizminə maraq böyükdür" - Nazir

   "Kənd turizminə maraq böyükdür" -    Nazir
  17 Fevral 2022    Oxunub:1593
"Kənd turizminin canlanması günümüzün aktual məsələlərindəndir. Kənd turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük potensiala malikdir".
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, ticarət kimi sahələrinin deyil, turizminin inkişafına təkan verir:

"Kənd turizminin inkişaf etdirilməsi regionlarda məulluğun artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin artmasına və daxili turizmin canlanmasına səbəb olacaq. Qax, Şəki, İsmayıllı, Lənkəran, Balakən və digər rayonlarda aqro ekoturizm təsərrüfat obyektləri fəaliyyət göstərir. Burada aparılab sorğulara əsasən, ölkəmizdə kənd turizminin maraq böyükdür. Şəhərdən təsərrüfatlara gedən insanlar bir gün də olsa burada olmaq, kənd məhsullarının dadına baxmağa maraqlıdır. Turistlər müasir və tarixi yerlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti, müasir infrastrukturu olan yerlərə də səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi turizminin inkişafına təkan verəcək, rayon və kəndlərin turizm potensialının üzə çıxması üçün yeni imkanlar yaradacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm  



Xəbər lenti