Azərbaycan neftinin qiyməti 100 dolları ötdü

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 99,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,14 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 92,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,55 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,8 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,14 dollar/barel çoxdur.
AzVision.az
Teqlər: