Bakıda TIR sürücülərinin bağladığı yol açıldı

   Bakıda TIR sürücülərinin bağladığı yol açıldı
  17 Fevral 2022    Oxunub:1764
Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb.
Bu barədə AzVision.az -a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

“Prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə o qeyd edib.

AzVision.az


Teqlər: TIR  



Xəbər lenti