Polyak memarlığına həsr olunmuş tədbir keçirilib

Polyak memarlığına həsr olunmuş tədbir keçirilib
  17 Fevral 2022    Oxunub:1068
Bu gün Bakıda Azərbaycanda polyak memarlıq irsinin təbliğinə həsr olunmuş Polşa-Azərbaycan birgə təşəbbüsünün təqdimatı olub.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva deyib ki, iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 30- cu ildönümü tamam olur, amma bu əlaqələrin tarixi 13-cü yə əsrə dayanır: "Uzun Həsənlə Polşa krallığı arasında yaxşı əlaqələr olub. 1918-ci ildə AXC dövründə də əlaqələrimiz yüksək səviyyədə olub. Bunun ən yaxşı nümunəsi Polşada qurulmuş sülh abidəsidir. 2013-cü ildə milli lider Heydər Əliyev tərəfindən açılan bu abidə əlaqələrimizdə mühüm rol oynayır".

Nazir müavini əlavə edib ki, 25-dən çox arxitektura binası ölkəmizdə Polşa memarlığını yaşatmaqdadır: Mədəniyyət sahəsində görülən hər bir iş əhəmiyyət kəsb edir. Biz bu müstəvidə əməkdaşlığa hazırıq".

O bildirib ki, Azərbaycanda Polşa əsilli arxitektorlar təkcə memarlıq sahəsində deyil, digər sahələrdə də fəaliyyət göstəriblər. Bakıda ən vacib küçələrdən biri Polşa arxitekturası küçəsi adlandırılır.

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib ki, Polşa Azərbaycan əlaqələri təkcə diplomatiya deyil, mədəni, sosial və digər sahələrdə inkişaf edir.



O bildirib ki, bu gün mühüm layihəni təqdim edirik. Layihədə Azərbaycanda fəaliyyət göstərmiş Polşa memarlarının irsi əks olunub. Bu irsin nümunələri ölkələrimiz arasında mədəni əlaqələrin təməlini təşkil edir. Bu irs özünəməxsus iz qoyub və Azərbaycana Polşadan turistlərin cəlbində mühüm rol oynaya bilər. Belə layihələr ölkələrimiz arasında əlaqələri gücləndirir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Floruan Zenqstşmid deyib ki, polyakların qoyduğu irs təkcə Bakıda deyil, bir sıra regionlarda, o cümlədən Şamaxıda, Gəncədə, Qusarda mövcuddur: "Biz Polşa irsi üzrə gəzinti turu hazırlamışıq. Bu tur xəritə əsasında olacaq. Turda tək arxitektura abidələri deyil, Rastropoviçlərin ev muzeyini də görmək olacaq.

Pərvanə Sultanova

AzVision.az


Teqlər:



Xəbər lenti