"Yüksəliş"-ə 10 mindən çox müraciət nəzərdə tutulub

"Yüksəliş"-ə 10 mindən çox müraciət nəzərdə tutulub
  17 Fevral 2022    Oxunub:1409
"Yüksəliş" müsabiqəsinə qeydiyyat prosesi martın 31-dək davam edəcək.
AzVision.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, builki müsabiqə üçün 10 mindən artıq müraciətin olacağı nəzərdə tutulub: "Pandemiya şəraitindən asılı olaraq müsabiqənin avqust ayında bitməsi planlaşdırılır".

F. Hacıyev eyni zamanda qaliblərə veriləcək vəsaitin məbləğinin artırılması məsələsinə də münasibət bildirib. O deyib ki, mükafat məbləğinin hələ ki, artırılması nəzərdə tutulmur.

AzVision.az



Teqlər: Yüksəliş  



Xəbər lenti