Sürücülərə "icazə blankı" proqram təminatı əsasında veriləcək

Sürücülərə "icazə blankı" proqram təminatı əsasında veriləcək
  17 Fevral 2022    Oxunub:2090
Azərbaycanda sürücülərə verilən “İcazə blankları”nın bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək.
Bu barədə AzVision.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, “İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara cari tələbatı araşdırılır və əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır.

Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.

AzVision.az



Teqlər: Sürücü  



Xəbər lenti