"Sürücülərin etirazına görə heç kim işdən çıxarılmayıb" - RƏSMİ

   "Sürücülərin etirazına görə heç kim işdən çıxarılmayıb" -     RƏSMİ
  17 Fevral 2022    Oxunub:1709
Bakıda “TIR” sürücülərinin etiraz edərək yolu bağlamasına dair hər hansı iclas keçirilməyib.

Bu barədə AzVision.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə xəbərdarlıq olunmayıb və qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev də işdən uzaqlaşdırılmayıb.
Qeyd edək ki, paytaxtın Heydər Əliyev prospektində "TIR"ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb. Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu iddia edirlər. Artıq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən "İcazə" blanklarının niyə alınmaması barədə açıqlama verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sürücü  



Xəbər lenti