Bakıda metro yaxınlığında yanğın olub - VİDEO

Bakıda metro yaxınlığında yanğın olub -    VİDEO
  17 Fevral 2022    Oxunub:1145
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Ulduz” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, ümumi sahəsi 800 kv.m olan beton konstruksiyadan ibarət talvarın altında yerləşən yüngül metalların presləmə sexində tullantılar və bitum qalıqları yanır.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumilikdə 50 kv.m sahədə metal tullantıları və bitum qalıqları yanıb. Yanğından sex və dəzgahlar mühafizə olunub.



AzVision.az



Teqlər: FHN  





Xəbər lenti