Tahir Kərimli: Qapını açanda gördüm kağız qoyublar, yazıblar ki...

      Tahir Kərimli:    Qapını açanda gördüm kağız qoyublar, yazıblar ki...
  17 Fevral 2022    Oxunub:2460
Sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb. O, görüntülərdə millət vəkilini ölümlə hədələyənlərə müraciət edib.

“Ey məni ölümlə hədələyən oğlan, sən məni öldürməklə adi bir adam aradan götürəcəksən. Amma mənim yerimə minlərlə oğullar yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq”, - deyə T. Kərimli bildirib.
Millət vəkili Baku TV-yə açıqlamasında belə bir müraciət videosunu çəkməsinə aydınlıq gətirib.

"Evə gələndə gördüm ki, qapının açar yerinə kağız qoyublar. Oxuyanda gördüm ki, yazıblar ki, səni əjdaha udacaq. Daha sonra adamın adı və Moskva ünvanı yazılıb. Belə hədələr olurdu. Və bu mütəmadi hal aldı.

Mən çıxışlarımda cərimələr, yol hərəkəti qaydaları, qida təhlükəsizliyi vəs. haqqında danışıram. Bundan sonra hədələr artdı. İnsan bəzən həyatından bezib ölüm istəyir. Ona görə də çıxış etdim. Müəyyən yerlərə təhdidlərlə bağlı müraciət də etmişəm.

Ramiz Mehdiyevi istefaya çağırsam da, etikanı pozmamışam. Mən onun tərfdarı olmamışam ki, vəzifədə olanda üzünə deyə bilmədiyimi dalınca deyim. Ümumi vəziyyəti nəzərə alaraq demişəm ki, belə etsək, yaxşı olar".

AzVision.az


Teqlər:



Xəbər lenti