Qusarda ana-ata ilə 3 azyaşlı dəm qazından boğulub

   Qusarda ana-ata ilə 3 azyaşlı dəm qazından boğulub
  17 Fevral 2022    Oxunub:1530
Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Prokurorluq   Dəm-qazı  





Xəbər lenti