Yoluxanlar azaldı

 Yoluxanlar azaldı
  17 Fevral 2022    Oxunub:2450
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 449 yeni yoluxma faktı qeydə alınıb, 9 372 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az- a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 764 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 324 nəfər müalicə olunaraq sağalıb, 9 157 nəfər vəfat edib. 41 721 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 558, bu günə qədər isə ümumilikdə 6 447 062 test icra olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti