Britaniya Rusiyanın Ukraynaya "hücumunun” xəritəsini dərc edib

   Britaniya Rusiyanın Ukraynaya "hücumunun” xəritəsini dərc edib
  17 Fevral 2022    Oxunub:1535
Böyük Britaniyanın Müdafiə Nazirliyi Vladimir Putinin adına ifadə edilən Rusiyanın Ukraynaya hücum istiqamətləri"nin xəritəsini dərc edib.
AzVision.az xəbər verir ki, bu barədə "Ria Novosti" Agentliyi məlumat yayıb.

Agentliyin rəsmi Twitter səhifəsində yerləşdirilmiş “Prezident Putinin mümkün işğal oxu” adlı diaqramda oxlar qurudan hücumun iki mərhələsini təsvir edir.

Britaniya ordusuna görə, birinci istiqamət Rusiyanın qərb bölgələrindən Kiyevə və Dneprə, Krımdan - Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə qədər olan əraziləri əhatə edir. İkinci istiqamət, Dneprdən Vinnitsaya, eləcə də Krımdan Odessaya doğru hərəkəti nəzərdə tutur.

Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi diaqramların “yalnız illüstrativ məqsədlər üçün verildiyini” yazıb.

AzVision.az




Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti