Yolu bağlayan "TIR" sürücüləri üzr istədi - Video

   Yolu bağlayan "TIR" sürücüləri üzr istədi -    Video
  17 Fevral 2022    Oxunub:3787
Bu gün Bakıda yolu bağlayan "TIR" sürücüləri üzr istəyib. Onlar tıxaca səbəb olduqlarına görə peşman olduqlarını dilə gətiriblər.


AzVision.az xəbər verir ki, "TIR"lardan birini sürən "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərov süni tıxac yaratdığını deyib.
Qeyd edək ki, bu gün Heydər Əliyev prospektində yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərovun Feysbukdakı canlı yayımda sürücünün atası Zəkiran Cəfərov bildirib. Onun sözlərinə görə, oğlu hazırda Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində saxlanılır.

Xatırladaq ki, "TIR" sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb: "Məsələyə hüquqi müstəvidə qiymət veriləcək".



AzVision.az



Teqlər: Sürücü  



Xəbər lenti