"Rəmiş Cəfərovun evinə “qara maskalılar” girməyib" - DİN

   "Rəmiş Cəfərovun evinə “qara maskalılar” girməyib" -    DİN
  17 Fevral 2022    Oxunub:1842
Daxili İşlər Nazirliyi Bakıda TIR sürücülərinin evində axtarış aparılması il bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov AzVision.az -a açıqlamasında bildirib ki, hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə "qara maskalılar"ın girdiyini iddia edib.

"Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir "qara maskalı", naməlum şəxs girməyib. "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir.

Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək",-deyə E. Zahidov bildirib.

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda hərəkətin intensiv olduğu prospektlərin birində süni tıxacın yaranmasına səbəb olan "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərov, sürücülər - Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov müsahibə verərək etdikləri əməldən peşman olduqlarını bildiriblər.

Hazırda araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN  



Xəbər lenti