Ermənistanda Prezident seçkilərinin tarixi açıqlandı

   Ermənistanda Prezident seçkilərinin tarixi açıqlandı
  18 Fevral 2022    Oxunub:1327
Ermənistanda Prezident seçkilərinin tarixi açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.
Hakim Vətəndaş Razılaşması Partiyasının adının açıqlamayan nümayəndəsi qəzetə bildirib ki, seçki martın 3-də baş tutacaq.

Nəşr yazır ki, martın 1-i ölkə parlamentinin növbəti sessiyası başlayır və o həftə ərzində ölkəyə yeni prezidentin seçilməsi də planlaşdırılır. Bunun məhz martın 3-ü baş tutması istisna edilmir.

Qeyd edək ki, Ermənistanın sabiq Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib.

AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti