İmişlidə beton hasar uçub, ölən var

 İmişlidə beton hasar uçub,    ölən var
  18 Fevral 2022    Oxunub:2328
İmişlidə beton hasar uçub.
AzVision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Cəfərli kəndində baş verib. Beton hasarın uçması nəticəsində uçqun altında qalan 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlunun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  



Xəbər lenti