"Yəqin ki, Qurban o qapıçının qulağını çəkər” - Aqil Abbas

 "Yəqin ki, Qurban o qapıçının qulağını çəkər” -  Aqil Abbas
  18 Fevral 2022    Oxunub:1807
Ötən gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" Fransa səfərində “Marsel”in qonağı olub. Hər kəsin böyük həyacanla izlədiyi oyunda “Qarabağ 1:3 hesabı ilə uduzub.
Milli Məclisin deputatı Aqil Abbas AzVision.az -a açıqlamasında oyunu əvvəldən sona qədər həyacanla izlədiyini bildirdib. Deputat “Qarabağın” oyunu heç-heçə başa vuracğına ümid etdiyini deyib:

“Uduzsaq da kişi kimi uduzduq və fransızlara göstərə bildik ki, biz də oynaya bilirik. Həm də sübut etdik ki, tək döyüş meydanında deyil, futbol meydanında da vuruşmağı bilirik. Futboldur, udmaq da olar, uduzmaq da. Futbolçularımız gözəl oyun oynadılar, oyundan zövq aldıq. Bəxtimiz gətirmədi uduzduq. Qapıçımızın da səhvi oldu. Qapıçımız yüksək çempinonata birinci dəfə çıxırdı, bir qədər hazırlıqlı deyildi. Yəqin ki, növbəti oyunda o səhvləri etməz. Qurban qulağını çəkər”.

A.Abbas Bakıda olacaq qarşılaşmada“Qarabağ”ın “Marsel”i udacağını vurğulayıb.

“Cavab oyununda biz Bakıda udacağıq. Adətən “Qarabağ” və Türkiyənin oyunlarını həyəcandan izləyə bilmirəm, amma bu dəfə izlədim. “Qarabağ” gözəl oynayır. “Marsel”in bir futbolçusunu satsan, “Qarabağ”ın büdcəsi edər. “Marsel” dünyanın tanınan komandasıdır. Orada ulduzlar oynayır. Fransa çempionatında ikinci yerdə gedir. “Qarabağ” güclü komanda ilə oynayırdı, belə nəticəni hər kəs əldə edə bilməzdi. Bakıda biz udacağıq”.

Qeyd edək ki, “Qarabağ” “Marsel” komandaları arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti