“Turizm haqqında” qanun təsdiqləndi

“Turizm haqqında” qanun təsdiqləndi
  18 Fevral 2022    Oxunub:1445
Prezident İlham Əliyev “Turizm haqqında” qanunu tətbiqi barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Dövlət Turizm Agentliyi üç ay müddətində turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla təsdiq etməli, mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını təsdiq etməlidir.

AzVision.az



Teqlər: Turizm  



Xəbər lenti