Turizm Agentliyi turizm reyestrini aparacaq
Fərmana əsasən, Agentliyin vəzifələri sırasına aşağıdakılar da daxil edilib:
- turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etmək;
- mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarlarını müəyyən etmək;
- Turizm Reyestrinin aparılmasını təmin etmək;
- turizm ehtiyatları ilə bağlı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin etmək;
- “Turizm haqqında” qanuna uyğun olaraq, turistlərin hüquq və vəzifələri barədə məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görmək;
- turizm sənayesi subyektlərinin etik davranış kodekslərini təsdiq etmək, mediada və rəsmi internet saytında dərc etmək.
Eyni zamanda fərmanla Agentliyin hüquqları da artırılıb.
Hüquqları sırasına aşağıdakılar da daxil edilib:
- turizm marşrutlarını təsdiq etmək;
turizm sənayesi subyektləri üçün müsabiqələr keçirmək və fərqləndirici nişanlar təsis etmək, həmin müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların verilməsi meyarlarını müəyyən etmək.
AzVision.az
Teqlər: Turzim







Vaxtında, Aydın, Lazımlı!


