Şagirdlərdən mobil telefonlar götürüləcək?

   Şagirdlərdən mobil telefonlar götürüləcək?
  18 Fevral 2022    Oxunub:1406
Şagirdlərdən mobil telefonların yığılması məktəb daxili qaydalarla tənzimlənir.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün deyil. “Telefon müəyyən mənada şagirdə lazımdır. Valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti