Erməni sürücülər etiraz aksiyası keçiriblər- VİDEO

 Erməni sürücülər etiraz aksiyası keçiriblər-   VİDEO
  18 Fevral 2022    Oxunub:1029
Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, erməni sürücülər avtomobil sahiblərinin icbari sığortası sistemi (OSAGO) ilə bağlı dəyişikliklərə etiraz ediblər. Qiymətlərin artırılmasını anormal hal sayan sürücülər İrəvanda Sığortaçılar Bürosunun binası qarşısına toplaşıblar.

- Büronun qiymət artımı ilə bağlı cavabı bizi qane etmir və sığorta qiymətlərinin dəyişməz qalmasını israr edirik. Bilirik ki, bütün dünyada, o cümlədən Ermənistanda iqtisadi böhran var. Lakin bu, bütün tariflərin artırılmasına ehtiyac olması anlamına gəlmir,- aksiya iştirakçılarından biri deyib.



"Avtomobilimin sığortası 140% artacaq. Sığortaçıların maliyyə problemi olduğunu deyirlər, amma heç kim soruşmur ki, mənim maliyyə vəziyyətim necədir? Məsələ bizim xeyrimizə həll olunana qədər mübarizə aparacağıq"- Aksiya iştirakçısı Narine Muradyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   Sürücü  





Xəbər lenti