"Koronavirusa yoluxduğum üçün AMEA-nın iclasında olmayacam"- Akif Əlizadə

  "Koronavirusa yoluxduğum üçün AMEA-nın iclasında olmayacam"-    Akif Əlizadə
  18 Fevral 2022    Oxunub:1336
“Bu yaxınlarda koronavirusa yoluxmuşdum, xəstəxanada müalicə alırdım. Təzəlikcə evə çıxmışam, müalicəmi davam etdirirəm. Həkim mənə işə çıxmağa icazə vermir. Ona görə sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında iştirak edə bilməyəcəm”.
Bunu AzVision.az -a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə deyib. O bildirib ki, iştirak etmədiyi üçün AMEA-nın prezidentliyinə namizədliyi verilməyəcək:

“Həm də bunu heç kəs bilmir. AMEA-nın sədrini cənab Prezident təyin edir. Kimin yeni sədr seçilməsini indidən demək tezdir. Lakin kim təyin olunursa olsun, əsas odur ki, Azərbaycan elminin inkişafı üçün yaxşı olsun”.

Qeyd edək ki, A.Əlizadə 2013-2018 və 2018-2019-ci illərdə AMEA-nın prezidenti vəzifəsində çalışıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: AMEA  



Xəbər lenti