Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasından AzVision.az -a bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb.
Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


