AMEA-nın sabahkı iclasının gündəliyi müəyyənləşdi

  AMEA-nın sabahkı iclasının gündəliyi müəyyənləşdi
  18 Fevral 2022    Oxunub:1585
Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva AzVision.az -a açıqlamasında bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O bildirib ki, gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

"Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək".

AzVision.az



Teqlər:



Xəbər lenti