Minik maşını "KamAZ"a çırpıldı, 2 qardaş öldü

   Minik maşını "KamAZ"a çırpıldı,    2 qardaş öldü
  18 Fevral 2022    Oxunub:1490
Bakı-Astara yolunda ağır qəza baş verib.
AzVision.az xəbər verir ki, Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Kia Rio" markalı minik avtomobili "Kamaz" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində iki nəfər yerindəcə həyatını itirib. Ölən şəxslər “Kia” markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Asif İlham oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyevdir.

AzVision.az



Teqlər: Qəza  



Xəbər lenti