5 marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

5 marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
  18 Fevral 2022    Oxunub:1056
Sabah Bakıda 7A, 7B, 67, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, buna səbəb sabah saat 09:00-dan 21:00-a qədər Bakının Ə.Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) təmir işlərinin aparılmasıdır:

"Odur ki, nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobusların hərəkət sxemləri Ziya Bünyadov prospekti istiqamətində dəyişdirilərək Tbilisi prospekti və Alı Mustafayev (3-cü mkr bazarı) küçəsindən keçməklə təşkil ediləcək və daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək".

AzVision.az




Teqlər: Bakubus  



Xəbər lenti