Ata azyaşlı uşağına işgəncə verib, arvadını qaynar su ilə yandırıb
Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib. O bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib:
K.Zeynalov qeyd edib ki, həmin faktlarla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:
“İş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib. Uşaqların pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin görülməsi təmin ediləcək”.(APA)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


