Polis xidmətdə olarkən bıçaqlandı

   Polis xidmətdə olarkən bıçaqlandı
  19 Fevral 2022    Oxunub:2214
Gəncədə bıçaqlanma hadisəsi olub. AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini, 1985-ci il təvəllüdıü Abdiyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

Məlumata görə, M.Abdiyev xidmət zamanı bıçaqlanıb. Ona bıçaq xəsarəti yetirən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti